Cənubi Koreya Müdafiə Nazirliyi Seulun Vaşinqtonla Koreya yarımadasının cənubundakı Amerika hərbi kontingentinin 28 min 500 nəfərdən 24 min nəfərə qədər azaldılmasını müzakirə etmədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Koreya Respublikası ilə ABŞ arasında Amerika kontingentinin ölkədən çıxarılması məsələlərilə bağlı heç bir müzakirə aparılmayıb. Birgə müdafiə imkanlarını gücləndirmək, Koreya yarımadasında sülh və sabitliyi möhkəmləndirmək üçün Vaşinqtonla əməkdaşlıq ediləcək”, – məlumatda bildirilib.