Xəbərlər

KİV: Somalidə Prezident Sarayına minaatanlarla hücum edilib

Somali prezidentinin iqamətgahı (Villa Somalia) ötən gecə minaatanlardan atəşə tutulub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Somalinin GAROWE portalı məlumat yayıb.

Məlumata görə, zirehli avtomobillərdə olan hərbçilər şəhərin küçələrində patrul edir, əlavə keçid məntəqələri quraşdırılıb.

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

Bir gün əvvəl ABŞ-ın Somalidəki səfirliyi həmvətənlərini terror hücumları təhlükəsi ilə bağlı xəbərdar edib və aprelin 9-da səfirlik işçilərinin bütün fəaliyyətinin ləğv edildiyini bildirib.

Qeyd edək ki, “Baidoa” portalı bu yaxınlarda “Əş-Şəbab” terror təşkilatının silahlıları tərəfindən Moqadişu yaxınlığındakı bir neçə şəhərin ələ keçirilməsi barədə məlumat yayıb.