Xəbərlər

KİV: Suriya lideri tezliklə hökumətdə dəyişiklik edəcək

“Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əş-Şəra iki həftə ərzində ölkə hökumətinin tərkibini dəyişmək niyyətindədir. Məqsəd icra orqanının daha legitim olmasını təmin etməkdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The National” qəzeti Suriyanın yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

“Biz bir neçə gün ərzində, ən çoxu bir neçə həftə ərzində nazirlərin dəyişdirilməsindən danışırıq”, – məlumata əlavə edilib.