“ABŞ-ın hərbi sənaye korporasiyası “Lockheed Martin” yaxın aylarda Tayvana 10 ədəd “F-16C/D Block 70/72″ çoxməqsədli qırıcı göndərəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Taipei Times” qəzeti müdafiə departamentinin adının açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu qərar əvvəllər Taypeyin sifariş etdiyi 66 təyyarədən ibarət ilk partiya olacaq. Qırıcılar öz gücləri ilə ABŞ-dan Havay və Quam adaları üzərindən uçaraq havada yanacaq dolduracaqlar. Mənbə bildirib ki, təyyarələr Taitungda yerləşən 7-ci Taktiki Qırıcı Qanadına qoşulacaq və bu, “Tayvan Hərbi Hava Qüvvələrinin ən güclü bölməsinə” çevriləcək.
Yeni qırıcılar 2019-cu ildə ABŞ prezidenti Donald Trampın birinci dövründə Vaşinqton tərəfindən təsdiqlənmiş adaya silah tədarükü paketi çərçivəsində ABŞ-dan alınıb. Tayvanın 2023-cü ildə təyyarələrin ilk partiyasını alacağı gözlənilirdi, lakin bir sıra səbəblərə görə qırıcıların təhvil verilməsi gözlənildiyi kimi baş tutmadı. Taypey dəfələrlə Amerika təyyarələrinin çatdırılmasının gecikməsindən narahatlığını bildirib.