ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bu ilin fevral ayında ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezident olduğu keçən ilin eyni dövrü ilə müqaisədə daha az miqrantı deportasiya edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
“2025-ci ilin fevral ayında ABŞ-dan təxminən 11 000 miqrant deportasiya edilib, keçən ilin eyni dövründə isə deportasiya edilənlərin sayı 12 000 nəfər idi”, – nəşr bildirib.
Telekanal bu rəqəmləri Bayden administrasiyası dövründə ümumilikdə bu illə müqayisədə daha çox insanın sərhədi keçməyə cəhd etməsi ilə izah edib. Üstəlik, söhbət həm qanuni, həm də qeyri-qanuni miqrasiyadan gedir.