ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcə vəsaitlərini demək olar ki, yarıya qədər azaltmağı planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” (WP)
departamentin daxili sənədinə istinadən məlumat yayıb.
“Keçən həftə açıqlanan daxili memorandumda Tramp administrasiyası Dövlət Departamentinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsinin təxminən yarıya qədər azaldılmasını, humanitar yardım, qlobal səhiyyə və beynəlxalq təşkilatların dərin ixtisarlarla üzləşməsini təklif edib. Ağ Ev Dövlət Departamenti və USAİD-in fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir ki, bu da Konqresin 2025-ci il üçün təsdiq etdiyi maliyyədən 27 milyard dollar və ya 48% azdır”, – nəşr bildirib.