ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhədə 10 minə yaxın hərbçi göndərməyi planlaşdırır.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” Gömrük və Sərhəd Mühafizə Xidmətinin sənədlərinə istinadən məlumat yayıb.
“Prezident Donald Tramp cənub sərhədinə 10 minə yaxın hərbçi göndərməyə hazırlaşır”, – nəşr yazır.
Qəzet qeyd edir ki, sərhəddə hərbi mövcudluğun bir neçə mərhələdə artırılması planlaşdırılır. Birinci mərhələdə cənub sərhədlərinə minə yaxın hərbçi göndəriləcək.