Xəbərlər

KİV: Ukraynadan gələn 1,7 min qaçqın Hollandiyadan çıxarıla bilər

“Hollandiya hakimiyyəti Ukraynadan qaçqın kimi ölkəyə gələn, lakin Ukrayna vətəndaşlığı olmayan 1700-ə yaxın üçüncü ölkə vətəndaşını ölkədən çıxara bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NU” portalı Krallığın Dövlət Şurasının qərarına istinadən məlumat yayıb.

Bu məlumat əsasında Dövlət Şurası qərara gəlib ki, krallığın miqrasiya orqanları Ukraynadan gələn üçüncü ölkə vətəndaşlarının qəbulunu dayandırmaq və Ukrayna vətəndaşlığı olmayan qaçqınları ölkədən çıxarmaq hüququna malikdir.

Verilən məlumata görə, bu insanların çoxu münaqişə başlamazdan əvvəl Ukraynada işləmiş və ya təhsil almış xarici vətəndaşlardır.