Xəbərlər

KİV: Vizaların ləğvindən sonra Pakistan vətəndaşları Hindistanı tərk edib

Hindistanın Cammu və Kəşmir bölgəsindəki terror aktından və Yeni Dehlinin vizaları ləğv etmək qərarından sonra Hindistanı tərk etməli olan Pakistan vətəndaşlarının demək olar ki, hamısı Hindistanı tərk edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Hindu” qəzeti Hindistan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, aprelin 24-dən indiyədək 537 Pakistan vətəndaşı Hindistanın Pəncab əyalətindəki Attari keçid məntəqəsi vasitəsilə Hindistanı tərk edib.