Xəbərlər

Knaysl: Aİ Suriyadan qaçqın axınına hazır deyil

“Avropa İttifaqı (Aİ) ölkələri Suriyadan böyük bir qaçqın axını gözləyirlər, lakin onlar buna hazır deyillər”.

“Füyuzat”ın məlumatına görə, bunu Avstriya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş rəhbəri Karin Knaysl deyib.

“İndi milyonlarla insan aclıq və terror səbəbilə Suriyadan qaçacaq. Avstriya kimi ölkələr Qərbi Asiyadan Qərbi Avropaya töküləcək qaçılmaz bəlalara tamamilə hazır olmayacaqlar”, – Knaysl əlavə edib.