Xəbərlər

Kobaxidze: Xarici səfirlər ölkənin daxili işlərinə qarışmağı dayandırıb

“Xarici dövlətlərin səfirləri artıq respublikanın daxili işlərinə qarışmağı dayandırıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat yayıb.

“Kənar dövlətlərin göstərişlərinə əməl edən səfirlər var. Bu, ölkəmizdə birdəfəlik bitməlidir. Allaha şükür ki, əvvəlki illərlə müqayisədə bu gün heç kimin bizim daxili işlərimizə kobud şəkildə müdaxilə etmək imkanı yoxdur. Qanunlarımız Gürcüstan parlamentində yazılır, hökumət tərəfindən icra olunur”, – Baş nazir qeyd edib.