Kolumbiya prezidenti Qustavo Petro respublikanın şimalında silahlı qruplar arasında toqquşmalarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident “X” səhifəsində bildirib.
“Daxili qarışıqlıq və iqtisadi sahədə fövqəladə vəziyyətlə əlaqədar xüsusi vəziyyət elan edilir. Ümid edirəm ki, məhkəmə sistemi buna dəstək verəcək”, – prezident vurğulayıb.