Xəbərlər

Kolumbiya XİN: ABŞ-la münasibətlərdə yaranmış çıxılmaz vəziyyət həll edilib

Kolumbiyanın Xarici İşlər Nazirliyi ölkənin ABŞ ilə münasibətlərində yaranmış çıxılmaz vəziyyətin aradan qaldırıldığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə diplomatik idarənin rəsmi məlumatında deyilir.

“Kolumbiya hökuməti bizə bildirir ki, çıxılmaz vəziyyətdən artıq çıxmışıq”, – deyə məlumatda qeyd edilib.

Kolumbiya Xarici İşlər Nazirliyi bildirib ki, departamentin rəhbəri Luis Gilberto Murillo işçi görüşlər keçirmək və diplomatik nota mübadiləsi aparmaq üçün yaxın saatlarda Vaşinqtona gedəcək.