Kremlin sözçüsü Dmitri Peskov dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin təhqiqat prosesində Qazaxıstan və Azərbaycana dəstək verməyə hazır olduqlarını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Peskov jurnalistlərə müsahibəsində deyib.
“Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin baş direktoru Dmitri Yadrov qəza ilə bağlı açıqlamalar verib. O bildirib ki, Rusiya qəzanın səbəblərinin araşdırılmasında həm Qazaxıstan, həm də Azərbaycana hərtərəfli dəstək verəcək. Kremlin bu məsələ ilə bağlı bir şey deməsi uyğun olmaz. Yadrovun açıqlamalarına diqqət yetirməyinizi xahiş edirəm”, – Peskov əlavə edib.