“Kreml Suriyada Bəşər Əsəd rejiminin süqutuna ehtiyatla və tərəddüdlə reaksiya verir. Moskva Suriya müxalifəti ilə əməkdaşlıq qurmağa və öz hərbi kontingentini ölkədə çıxarmağa çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerikada yerləşən Müharibələrin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunub.
Bildirilib ki, dekabrın 10-a aid “Sentinel-2” peyk görüntüləri Rusiya gəmilərinin hələ də Suriyanın Tartus limanına qayıtmadığını və Rusiyanın Aralıq dənizi flotiliyasının hələ də şəhərdən 8-15 km aralıda olduğunu göstərir.