“Kubanın Quantanamo əyalətində ABŞ-ın hərbi dəniz bazasının saxlanması Kubanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də beynəlxalq hüququ pozur”.
“Füyuzat”ın məlumatına görə, bunu Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriquez Parrilya deyib.
“Fevralın 23-də 1903-cü ildə imzalanmış müqavilənin imzalanmasından 122 il keçir. Bu müqavilənin şərtlərinə görə, Kubanın 117 kvadrat kilometrdən çox ərazisi ilhaq edilib. Ancaq Quantanamo həbsxanası ABŞ hökumətinə məhdud müddətə icarəyə verilib və sənəddə müqavilənin ləğvi ilə bağlı bənd yoxdur”, – nazir qeyd edib.