Xəbərlər

Kuleba: Rusiyanın hücumları Ukraynanı xəritədən silmək məqsədlərinə xidmət edir

“Rusiyanın Ukraynaya qarşı intensiv raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumları davam edir və bu hücumların məqsədi Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba söyləyib.

Rus ordusunun bu gecə “Şahed” tipli PUA-larla Ukraynanın Xarkov şəhərinə intensiv hücum təşkil etdiyini xatırladan Kuleba qeyd edib: “Rusların sistemli hücumları ukraynalıları öldürür və Ukrayna iqtisadiyyatına ziyan vurur. Bu, Rusiyanın Ukraynanı xəritədən silmək ideologiyasına xidmət edir”.

Brüsseldəki təmasları çərçivəsində keçirdikləri görüşlərdə Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini müzakirə etdiklərini söyləyən Kuleba, Rusiyanın hücumlarına qarşı müvəffəqiyyətli olmaq üçün daha çox Patriot hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını bildirib.