“Yaxın Şərq oyun meydançası deyil və Qərb də ona bu cür yanaşmamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
“Qərb nəyisə dağıtmağa, böhranlar yaratmağa, sonra isə baş verənləri seyr etməyə öyrəşib. Bu hal, xüsusən də, bütün olanları okeanın o tayından izləməkdə maraqlı olan amerikalılar üçün xarakterikdir. İndi Qərb diplomatları Rusiyanı ittiham edirlər ki, Liviyada milli dialoq qurmaq mümkün deyil. Çünki Rusiyanın bölgədə hərbi resursları var”, – Lavrov bildirib.