Xəbərlər

Lavrov: Qəzzada zorakılıq davam edir

“Qəzza zolağında atəşkəsə baxmayaraq insanlara qarşı zorakılıq halları davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

“Təkcə Qəzza zolağındakı böhran nəticəsində son məlumatlara görə, təxminən 46 min dinc fələstinlinin həyatına son qoyulub, 100 minə yaxın insan isə yaralanıb. Atəşkəsə baxmayaraq Qəzza zolağında zorakılıq hadisələri davam edir”, – Lavrov əlavə edib.