Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə mart ayında mövcud proqramlar çərçivəsində 3,5 milyard avro məbləğində yeni yardım paketini köçürəcəyinə söz verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti Leyenin Kiyevdəki çıxışına istinadən məlumat yayıb.
“Avropa Ukraynaya çətin günlərdə kömək etmək üçün buradadır. Mən elan edə bilərəm ki, Ukraynaya 3,5 milyard avroluq yeni yardım paketi mart ayında veriləcək”, – o bildirib.