“Avropa Komissiyası (AK) Avropa İttifaqında süni intellektə (AI) investisiya üçün 200 milyard avronun səfərbər edilməsi təşəbbüsü ilə çıxış edib”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen deyib.
“Mən burada “InvestAI” təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropada 200 milyard avro süni intellekt sərmayəsini səfərbər etməyi hədəfləyirik. Əsas diqqəti sənaye və missiya baxımından kritik tətbiqlərə yönəldəcəyik. Bu, etibarlı süni intellektin inkişafı üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq”, – Leyen qeyd edib.



