Xəbərlər

Litva: Aİ ABŞ-la bərabər şərtlərdə strateji muxtariyyət əldə etməlidir

Avropa İttifaqı (Aİ) müdafiədə strateji muxtariyyət əldə etməli və bu sahədə ABŞ-la bərabər səviyyədə olmalıdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Litva prezidenti Gitanas Nauseda açıqlama verib.

“Müdafiə sənayesini maliyyələşdirmə Avropanın muxtar müdafiə strategiyasının bir hissəsidir və bu, artıq Birləşmiş Ştatlarla bir növ rəqabət kimi təqdim olunmur”, – o bildirib.

“Bizim hərbi sənayedə ABŞ-la müqayisəliliyi ilə bağlı çıxışlar yalnız ironik bir təbəssüm doğura bilər ki, biz bu təbəssümün üzümüzdə qalmamasını təmin etməliyik”, – Nauseda əlavə edib.