Xəbərlər

Litvada 7 ölkədən 3,7 min hərbçinin iştirakı ilə NATO təlimləri başlayır

Litvada NATO-nun yeddi ölkəsindən 3,7 min nəfərə yaxın hərbi birləşmələrin iştirakı ilə “Gelezinis Vilkas” (“Dəmir Qurd”) beynəlxalq təlimləri başlayır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

İki həftəlik manevrlərdə təlimi təşkil edən Litvadan, həmçinin Belçika, Lüksemburq, Hollandiya, Norveç, ABŞ və Çexiyadan olan 3,7 minə yaxın hərbçi iştirak edir. Tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli personal daşıyıcıları da daxil olmaqla 500-ə yaxın texnika da təlimlərə cəlb edilib.