“Liviya hakimiyyəti xalqın razılığı olmadan öz ərazisindən regional problemləri həll etmək üçün istifadə etmək cəhdini rədd edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasının Qəzza zolağındakı fələstinlilərin Liviya ərazisinə köçürülməsi planı hazırlaması ilə bağlı xəbərləri şərh etmək xahişinə cavab olaraq dövlət başçısı səlahiyyətlərini icra edən qurum olan Liviya Prezident Şurasının nümayəndəsi bildirib.
“Bu cür planlar həyata keçirilsə, bu Liviyanın suverenliyinin pozulması deməkdir. Nəticədə humanitar və hüquqi böhranlar daha da şiddətlənəcək. Biz Fələstin məsələsinin fələstinlilərin didərgin salınması yolu ilə deyil, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həll edilməsinin vacibliyini vurğulayırıq”, – nümayəndə bildirib.