Xəbərlər

Londonda “YAŞAT” yay məktəbi davam edir

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü “YAŞAT” yay məktəbi davam edir.

“Füyuzat” xəbər verir ki, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (UCL) keçirilir. Proqramın məqsədi şəhid övladlarının ingilis dili biliklərini, dünyagörüşlərini və şəxsi bacarıqlarını inkişaf etdirməkdir. Onlar həmçinin mədəniyyətlərarası mübadilədə iştirak edir və səmərəli asudə vaxt keçirirlər.

Yay məktəbində ölkəmizdə 9-cu sinif buraxılış imtahanında ən yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir. Proqram çərçivəsində onlar gündəlik ingilis dili dərsləri ilə yanaşı, Temza çayı, Britaniya Muzeyi, Biq Ben, Vestminster Sarayı və Abbatlığı, Elm Muzeyi və London Təbiət Tarixi Muzeyini ziyarət edirlər.

Layihənin media dəstəkçisi ASAN Radio və ASAN TV-dir.