ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 29-a yüksəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edək ki, Los-Anceles şəhərində meşə yanğınları yanvarın 7-də başlayıb. Minlərlə evə və bütövlükdə şəhərə ciddi zərər dəyib. On minlərlə insan yanğın səbəbindən təxliyyə edilib.