Xəbərlər

Lukaşenko: Avropa Rusiya ilə yaxşı münasibətlər qurarsa, çiçəklənər

“Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə yaxşı münasibətlər qursalar, çiçəklənəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Avropanın gələcəyi yalnız Rusiya ilə birləşdikdə yaxşı ola bilərdi. Əgər avropalılar, Aİ ən azı Rusiya ilə iqtisadiyyatda yaxşı, normal münasibətlər qursaydı, onlar çiçəklənərdilər”, – Lukaşenko qeyd edib.