“Belaruslular hər zaman xoş niyyətlə gələnlərə və çətin vəziyyətdə olanlara, xüsusilə də qaçqınlara kömək etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bizə xoş niyyətlə gələnlərə hər zaman açığıq. Bu, həmişə belə olacaq. Müqəddəs yerlərimizə ibadət etməyə gələn əcnəbi zəvvarlara da heç vaxt mane olmuruq. Çətin vəziyyətə düşən insanlara, xüsusilə də qaçqınlara kömək edirik. Eyni zamanda, qorxmadan düşmənə qəti cavab verməyə hazırıq. Bu, minillik tariximizdə dəfələrlə olub”, – prezident qeyd edib.