Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 2-dən 4-dək Çində səfərdə olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyi Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, dövlət başçılarının əvvəlcə Pekində təkbətək formatda, sonra isə qeyri-rəsmi şəkildə görüşlər keçirəcək. Görüşlərdə Belarus-Çin münasibətlərinin vəziyyətini və inkişaf perspektivlərini, birgə layihələrin həyata keçirilməsini və çoxtərəfli təşəbbüslərin təşviqi vasitəsilə praktiki məzmunların müzakirə olunacağı gözlənilir.