Xəbərlər

Lukaşenko: Putinlə görüşəcəyik

Belarus prezidenti Aleksandr Lukaşenko gələn həftə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Lukaşenko mətbuata müsahibəsində deyib.

“Bir həftədən sonra biz Rusiya prezidenti ilə Moskvada görüşəcəyik və bütün məsələlər barədə çox ətraflı danışacağıq. Bu barədə telefonda danışdıq və razılaşdıq”, – Lukaşenko qeyd edib.