“Moskva və Vaşinqton müttəfiq ola bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu, tamamilə mümkündür. Həyatda qeyri-mümkün heç nə yoxdur. Rusiya həmişəlik ABŞ-ın müttəfiqi ola bilər. Axı o, hərbi baxımdan ən qüdrətli dövlətdir. Yaxın Şərqdə və ya Ukraynada olduğu kimi anlaşılmaz müharibələr, həmçinin digər münaqişələr sona çatmalıdır. Bunun üçün də Rusiya ilə ABŞ-ın birliyi çox vacibdir”, – Lukaşenko qeyd edib.