Xəbərlər

Lukaşenko Rusiyaya rəsmi səfər edib

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyi məlumat yayıb.

“Dövlət başçıları təkbətək formatda, daha sonra isə nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə ölkələr arasında əməkdaşlığın inkişafı və qarşılıqlı fəaliyyətin perspektiv sahələrini müzakirə edəcəklər. İnteqrasiya formatlarında birgə iş də diqqət mərkəzindədir. Ölkələrin liderləri mövcud beynəlxalq vəziyyətlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, – məlumatda bildirilib.