Xəbərlər

Lukaşenko: ŞƏT ciddi güc mərkəzidir

“Belarus ŞƏT-ə gələcəkdə ciddi güc mərkəzinə çevriləcək bir təşkilat kimi baxır”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Ermekbayevlə görüşündə deyib.

“Siz bizim ŞƏT-dəki mövqeyimizi çox yaxşı başa düşürsünüz. Biz təşkilatın hərtərəfli inkişaf etməsi üçün çalışacağıq. Bu bizim üçün çox vacibdir. Bu təşkilat gələcəkdə, şübhəsiz ki, əsl güc mənbəyi olacaq”, – “Belta” agentliyi prezidentin sözlərindən sitat gətirib.