Xəbərlər

Lukaşenko: Tramp, Putin və Zelenskini Belarusda gözləyirik

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Rusiya, ABŞ və Ukrayna prezidentləri arasında danışıqları təşkil etməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” xəbər agentliyi məlumat yayıb.

“İndi nə olursa olsun Zelenski “əyməyə” ehtiyac yoxdur. Biz Zelenskini inandırıb razılığa gəlməliyik, çünki Zelenskinin arxasında Ukrayna cəmiyyətinin böyük bir hissəsi dayanır. Ona görə də biz razılığa gəlməliyik. İstəyirsən gəl. Burada, yaxınlıqda – Belarus sərhədindən Kiyevə qədər 200 km yol var. Ona görə də Trampa deyin ki, mən onu burada Putin və Zelenski ilə birlikdə gözləyirəm. Oturub sakitcə razılığa gələk”, – Lukaşenko bildirib.