“Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna rəhbərliyini hələ Qərbin onlara qarşı sanksiyalar tətbiq etməyə başlamazdan əvvəl Minsklə münasibətləri gərginləşdirməkdə ittiham edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” Belarus prezidentinə istinadən bildirib.
“Məndən tez-tez soruşurlar ki, bu müharibənin 3 il əvvəl fevralda başlayacağını bilirdimmi? Yox, bilmirdim. Amma bilsəydim, o zaman Ukraynanı müdafiə etməzdim. Çünki o an biz artıq Ukrayna ilə iqtisadi müharibə mərhələsində idik. Yəni, Ukrayna Belarusla münasibətləri amerikalılardan və bütün Qərbdən əvvəl gərginləşdirmişdi”, – Lukaşenko qeyd edib.



