Xəbərlər

Lukaşenko: Ukrayna və Yaxın Şərqdə münaqişələr bu il bitəcək

“Ukrayna və Yaxın Şərqdəki münaqişələr bu il bitəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Ukrayna hamımızın yaşadığımız dünyanı, ABŞ, Çin, Rusiya, Ukrayna və digər ölkələri məhv etmək üçün çox kiçikdir. Ona görə də Ukraynadakı münaqişəyə son qoymalıyıq. Amerikalılar istəsələr, Yaxın Şərqlə işi bitirmək daha asan olacaq. Mənə elə gəlir ki, biz bu problemləri bu il həll edəcəyik”, – o qeyd edib.