“Ümumbelarus Xalq Assambleyasının (ABPA) iclasının apreldə keçirilməsi planlaşdırılır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Ölkəmiz bu ilin əvvəlində ictimai-siyasi mənada çox aktiv oldu. Seçki kampaniyasından sonra Ümumbelarus Xalq Assambleyasının növbəti iclasının aprel ayına keçirilməsi planlaşdırılır və bugünkü rəyasət heyəti ən mühüm dövlət tədbirinə hazırlıq işlərinə start verəcək”, – Lukaşenko qeyd edib.