Aleksndr Lukaşenko rəsmi olaraq Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb.
“Füyuzat”ın məlumatına görə, prezidentin andiçmə mərasimi Minskdəki Müstəqillik Sarayında keçirilib.
Qeyd edək ki, Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da baş tutub. Aleksandr Lukaşenko səslərin 86,82 %-ni qazanaraq yenidən prezident seçilib.
Verilən məlumata görə, ölkənin yüksək səviyyəli rəsmilərinin, habelə andiçmə mərasiminə dəvət olunmuş çoxsaylı qonaqların iştirakı ilə Lukaşenko sağ əlini Belarus Konstitusiyasının üzərinə qoyaraq, belarus dilində and içərək, xalqa sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağına və qorunacağına, konstitusiyaya riayət edəcəyinə və qorunacağına and içib.



