Macarıstan nümayəndələri Avropa İttifaqı (Aİ) ölkələrinin Belarusda keçirilən prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı birgə bəyanatını bloklayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus mətbuatı Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
“Macarıstanın imzası olmadığına görə Aİ 27 üzvün birgə bəyanatını dərc edə bilməyib. Əvəzində Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Qonşuluq və Genişlənmə Siyasəti üzrə Avropa Komissarı Marta Kos bəyanat yayıblar”, – məlumatda qeyd edilib.