Fələstin prezidenti Mahmud Abbas HƏMAS-ı bütün girovları azad etməyə, tərksilah olmağa və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident İordan çayının qərb sahilində çıxış edərkən bildirib.
“Girovları azad edin və bu iş bitsin. İsrailin bəhanələrini aradan qaldırın”, – o əlavə edib.



