Avropa Şurasının sədri Antonio Kosta 27 Avropa İttifaqı (Aİ) dövlətinin liderlərinin videokonfrans formatında iclasını çağırıb. Bu konfransda Fransa prezidenti Emmanuel Makron ABŞ-a səfərinin nəticələri barədə həmkarlarına məlumat verəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kosta “X”də paylaşım edib.
“Martın 6-da keçiriləcək Avropa Şurasının fövqəladə iclasına hazırlıq çərçivəsində sabah səhər prezident Emmanuel Makronun Vaşinqtona son səfəri ilə bağlı hesabatını dinləmək üçün Avropa Şurası üzvlərinin videokonfransı təşkil edəcəyəm”, – Kosta yazıb.
“The Guardian” daha əvvəl bildirib ki, Fransa prezidenti ABŞ-a dəstək vəd etmədən və ABŞ lideri Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik etmədən Vaşinqtonu tərk edib. Nəşrin məlumatına görə, Makron və bu həftənin sonunda Vaşinqtona gəlməli olan Böyük Britaniyanın Baş naziri Keir Starmer son onilliklərin ən ciddi böhranını yaşayan transatlantik alyansı xilas etməyə çalışırlar. “The Guardian” qeyd edir ki, Starmer həm də ABŞ prezidentini Avropadan qopmamağa çalışmaq kimi çətin vəzifə ilə üz-üzədir.