Xəbərlər

Makron: Avropa ABŞ-dan vassal asılılıqdan qurtulmalıdır

Fransa prezidenti Emmanuel Makron avropalıları ABŞ-dan vassal asılılığından qurtulmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Makron Portuqaliyaya dövlət səfəri zamanı bildirib.

“Avropada çoxlarının ABŞ-a qarşı nəzakətli olmalıyıq dediyini görürəm. Bəli, nəzakətli olmalıyıq, lakin biz də özümüzü müdafiə etməliyik. Bu, təslim olmaq demək deyil. Mən “xoşbəxt vassallaşmanın” əleyhinəyəm”, – Makron qeyd edib.

Makron deyib ki, Avropa “gücünü bərpa etmək üçün” özünü dəyişdirməli, risk, ambisiya və gücün dadını yenidən kəşf etməlidir”.