“Avropa qoşunları Ukraynaya göndərilməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron mətbuata müsahibəsində bildirib.
“Yaxın həftələrdə Ukrayna ərazisində heç bir avropalı əsgər olmayacaq. Hərbi personalı göndərməzdən əvvəl atəşkəsi təmin etmək və çoxhəftəlik danışıqlar aparmaq lazımdır. Biz sülh istəyirik”, – Fransa prezidenti qeyd edib.