“Fransa hökuməti ABŞ-da elmi tədqiqatların maliyyələşdirilməsinin kəsilməsi fonunda amerikalı alimlərin ölkədə qəbulu üçün 100 milyon avro ayırmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu prezident Emmanuel Makron Sorbonnada Parisin bütün dünyadan alimləri Avropa İttifaqına (Aİ) cəlb etmək üçün “Avropanı seçin” proqramında iştirakını şərh edərkən deyib.
“Dövlət əlavə 100 milyon avro ayıracaq”, – o qeyd edib.
Maqkronun sözlərinə görə, Avropa alimlər üçün sığınacaqa çevrilməlidir: “Məqsəd namizədlərin keyfiyyətini nəzərə alaraq lazım olan qədər tədqiqatçı toplamaqdır. Doktorantlardan və kiçik professorlardan tutmuş Nobel mükafatçılarına qədər hər kəsə şans veriləcək”.
Aİ ölkələri və Böyük Britaniya ABŞ administrasiyasının dövlət xərclərini azaltmaq siyasəti fonunda xeyli sayda ABŞ alimlərinin Avropa tədqiqat və təhsil müəssisələrində işləmək üçün köçməsini gözləyir.