“Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni hökumət başçısını təyin etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Makron xalqa müraciəti zamanı deyib.
“Yaxın günlərdə yeni Baş nazir təyin edəcəyəm. Mən ona ümumi maraqları qorumaq üçün hökumət spektrinin bütün siyasi qüvvələrinin təmsil olunmalı, orada iştirak edə biləcək və ya heç olmasa ona etimadsızlıq votumu irəli sürməməyi öhdəsinə götürəcək bir hökumət qurmaq tapşırığını həvalə edəcəm. Gələn ilin büdcəsinin formalaşdırılması yeni kabinetin əsas vəzifəsi olacaq. Mənim mandatımın bitməsinə 30 ay qalıb və hökumətin Fransanı daha güclü və ədalətli etmək üçün hərəkətə keçməsi üçün 30 ay vaxtı olacaq”, – prezident vurğulayıb.