Fransa prezidenti Emmanuel Makron müvafiq nazirlərə vergilərin artırılmasına ehtiyac olmadan ölkənin müdafiə sənayesi üçün maliyyənin əhəmiyyətli dərəcədə artırılmasını təmin etməyi tapşırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident xalqa müraciəti zamanı bildirib.
“Yeni reallıqları və təhdidləri nəzərə alaraq, biz indi tamamilə zərurətə çevrilmiş büdcə və əlavə investisiyalarla bağlı yeni qərarlar qəbul etməli olacağıq. Mən hökumətdən Silahlı Qüvvələrimizi mümkün qədər tez gücləndirmək və bütün bölgələrimizin yenidən sənayeləşməsini sürətləndirmək üçün tədbirlər görməyi xahiş etdim. Yaxın bir neçə gün ərzində mən bu sektorun müvafiq nazirlərini, sənayeçilərini bir araya toplayacağam”, – Makron qeyd edib.