Fransa prezidenti Emmanuel Makronla İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, Makron 2022-ci ildən İranda həbsdə olan iki Fransa vətəndaşının azad edilməsini istəyib.
“Bu gün İran prezidenti ilə telefonla danışdım. Söhbət zamanı həbsdə olan vətəndaşlarımız Cecile Kohler və Jacques Parisin həbsinə son qoyulması, vətəndaşlarımızın və İranda heç bir təhlükəyə məruz qalmamalı olan obyektlərin qorunması, regionda sülhün bərqərar olması üçün imzalanan atəşkəsə sadiq qalınması, nüvə müzakirələrinin davam etdirilməs ilə bağlı mesajlar verdim. Bu məqsədlərə nail olmaq üçün yaxın günlərdə fəaliyyətimi davam etdirəcəyəm”, – Makron bilidirib.
Qeyd edək ki, Cecile Kohler və Jacques Paris 2022-ci ilin mayından onlara qarşı casusluq ittihamı ilə İranda saxlanılır. İsrail iyunun 23-də İrana hücumları zamanı həbsxananı vurduqdan sonra fransız ailələr qohumları üçün narahat olub və İran rəsmilərindən sağ olduqlarına dair sübut tələb ediblər.