Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Keir Starmer və Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Vaşinqtona səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima Parisdə keçirdiyi brifinqdə məlumat verib.
“Prezident Makronun Zelenski və Starmer ilə birlikdə yenidən Vaşinqtona səfəri gözlənilir”, – deyə Prima konkret vaxtı demədən açıqlayıb.
Bundan əvvəl Britaniyanın “The Daily Mail” qəzeti diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, Böyük Britaniya və Fransa liderləri gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Zelenski ilə Vaşinqtona getməyə hazırdırlar.