Fransa və Böyük Britaniya Ukraynada hava və dəniz sahələrini əhatə edəcək və bir ay davam edəcək hərbi əməliyyatlara moratorium qoymağı təklif ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron müsahibəsində bildirib.
“Bu təklif yerdəki hərbi əməliyyatlara təsir etməyəcək, çünki cəbhə xəttinin uzunluğu Parisdən Budapeştə qədər olan məsafə ilə müqayisə oluna bilər, ona görə də belə bir seqmentdə atəşkəsə əməl olunmasını yoxlamaq son dərəcə çətin olacaq. Mən ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında dialoqun bərpasına ümid edirəm”, – Makron qeyd edib.