Fransa prezidenti Emmanuel Makron Fransa Silahlı Qüvvələrinə müraciətində deyib ki, Ukraynadakı müharibə “sabah və ya o biri gün bitməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat paylaşıb.
Makron Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarının vacibliyini də vurğulayıb:
“Döyüşlər dayandıqda, müharibənin Ukrayna ərazisinə qayıtmamasını təmin etmək lazım gələcək”.
Onun fikrincə, bu tədbirlər təkcə Kiyev üçün təminat deyil, həm də bütün Avropada sabitliyin əsası olacaq: “Avropada sülh və təhlükəsizlik avropalıların özləri və onlar arasında danışıqlar olmadan mümkün deyil”.